news Image
2012.08.04
19:22
| A A A
“İranın Azərbaycanla bağlı sonuncu notasının siyasi anlamı yoxdur”

İranın Azərbaycana müvəqqəti viza rejiminin tətbiq edilməsi ilə bağlı göndərdiyi nota cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu, xüsusən də son günlər ölkələrimiz arasında hökm sürən siyasi gərginliklə əlaqədar rəsmi Tehranın Azərbaycanla əlaqələri mümkün qədər məhdudlaşdırmaq istəyi kimi qiymətləndirilir.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa məsələ ilə bağlı Modern.az-a deyib ki, İran tərəfinin Azərbaycana göndərdiyi notanın siyasiləşdirilməsinin əleyhinədir.

"Qeyd edildiyi kimi, viza rejiminin tətbiq edilməsi İranda keçiriləcək zirvə toplantısı ilə bağlıdır. İran bu proses müddətində təhlükəsizliyin təmin olunması baxımından sərhədləri nəzarətə götürəcək. İran tərəfinin bu addımı atmasında mürəkkəb bir mexanizm yoxdur. Bunu uzun müddətli viza rejimi kimi qəbul etmək düzgün olmazdı. Zirvə toplantısı başa çatdıqdan sonra yenidən viza rejimi aradan qaldırılacaq.

Rəsmi Tehranın bu addımı atmağının Azərbaycanla münasibətlərə aid ermək barədə düşünmürəm. Bu sırf ənənəvi, təhlükəsizlik tədbirləri ilə bağlı verilən notadır. Siyasi anlamı yoxdur, hər halda siyasi olsaydı, konkret müddət müəyyən edilməzdi", - deyə F.Mustafa bildirib.

Qeyd edək ki, rəsmi Tehran Azərbaycana nota verib. Bildirilib ki, avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunacaq. Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs