Azərbaycanın Suriyadakı səfiri və səfirliyin əməkdaşları ölkəni tərk ediblər
Dəməşqdəki səfirliyimiz fəaliyyətini rəsmən dayandırıb
Azərbaycanın Suriyadakı səfiri
Mahir Əliyev və səfirliyin əməkdaşları ölkəni tərk
ediblər. APA-nın məlumatına
görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyindən
məlumat verilib. Onun sözlərinə görə, səfir və diplomatik
missiyanın əməkdaşları Suriyanı mövcud vəziyyəti və təhlükəsizlik
amillərini nəzərə alaraq tərk ediblər. Səfirliyin Dəməşqdə
fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.
Səfirlikdə qeydiyyatda olan 60-a yaxın Azərbaycan vətəndaşının da ölkəni tərk etdiyi bildirilir. XİN-dən ibldiriblər ki, hazırda Suriyada Azərbaycan vətəndaşı yoxdur: "Ümidvarıq ki, ölkədə vəziyyət tezliklə stailləşəcək və Suriyadakı səfirliyimiz öz normal iş rejimini bərpa edə biləcək".
Qeyd edək ki, hazırda Suriya paytaxtında və ayrı-ayrı şəhərlərdə müxalifət qüvvələri ilə Bəşər Əsədə tabe olan qoşunlar arasında qanlı döyüşlər davam edir. Dünən müxalifət Suriya dövlət televiziyasını partlatmağa nail olub. Suriyanın baş naziri Riyad Hicab ailəsi ilə birgə ölkədən qaçıb və müxalifətin tərəfinə keçmək niyyətində olduğunu açıqlayıb.