Əlaqə Arxiv
news Image
2015.03.01
16:00
| A A A
Pakistanla hava əlaqəsi bərpa edilə bilər
"Azərbaycan və Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəldilmiş sənədlər zərfini imzalayacaqlar. Sənədlər arasında hava əlaqəsi haqqında saziş də var". Movqe.az xəbər verir ki , bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiriDaşqın Şikarovdeyib.

Onun sözlərinə görə, Pakistan Prezidentinin Azərbaycana qarşıdakı rəsmi səfərinə sanballı sənədlər paketi hazırlanıb: "Paket iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edəcək".

D.Şikarov qeyd edib ki, hazırlanmış sənədlər layihəsi arasında məhbusların mübadiləsi, təhsil sahəsində əməkaşlıq, ticar.t-iqtisadi əməkdaşlıq və s. haqqında sazişlər də var.

Sənədlərin Pakistan PrezidentiMəmnun Hüseynin martın 11-14-nə Azərbaycana planlaşdırılan rəsmi səfəri zamanı imzalanması nəzərdə tutulur.

Diplomat vurğulayıb ki, bundan başqa, ikitərəfli sənədlər layihəsi zərfinə hava əlaqəsi haqqında saziş də daxildir.

İki ölkənin hökumətləri Bakı və İslamabad arasında hava əlaqəsini bərpa etmək niyyətindədir. Saziş ya "Azərbaycan Hava Yolları" QSC-nin hava əlaqələrini bərpa etməyə imkan verəcək, ya da reysləri həyata keçirmək hüququ Bakı-İstanbul-İslamabad marşrutu üzrə "Türkiyə Hava Yolları"na veriləcək.

Onun sözlərinə görə, səfər zamanı danışıqlarda əsas diqqət iki ölkənin iqtisadi əməkdaşlığının perspektivlərinin müzakirəsinə, iqtisadi əlaqələrin siyasi səviyyəyə yüksəldilməsinə ayrılacaq: "Pakistan Prezidentinin Bakıya səfərində onu bu ölkənin iş adamlarından ibarət geniş qrup müşayiət edəcək. Səfər çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək".

D.Şikarov əlavə edib ki, iki ölkənin iqtisadi əməkdaşlıq üzrə böyük perspektivləri var: "Pakistan tekstil, Avropa və dünya çempionatlarında, demək olar, bütün idman yarışlarında istifadə edilən idman avadanlığının ixracı üzrə dünyanın üç qabaqcıl ölkəsi sırasına daxildir. Azərbaycanlı biznesmenlər bu kateqoriyadan olan malların ticarəti ilə maraqlana bilərlər".

O bildirib ki, qarşıdakı səfər ümumilikdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edə bilər.

Sizin Reklam Yeriniz