Əlaqə Arxiv
news Image
2015.03.01
17:17
| A A A
Aeroportda 10 ukraynalı hərbçinin meyiti tapıldı
ATƏT-in Ukraynada xüsusi monitorinq missiyası Donetsk aeroportunda 10 ukraynalı hərbçinin meyitinin aşkarlandığını bildirib.

"Monitorinq missiyası Donetsk aeroportunda olub. DXR ("Donetsk Xalq Respublikası") qüvvələrinin komandiri aeroportun ərazisində 10 ukraynalı hərbçinin meyitinin aşkarlandığını bildirib. DXR nümayəndələri üzərində Ukrayna ordusuna məxsus fərqlənmə nişanları olan hərbi geyimli 2 əsgərin meyitini və içərisində Ukrayna əsgərlərinin meyitlərinin qalıqları olan kisələri missiya üzvlərinə nümayiş etdiriblər".Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT mətbuat xidmətinin məlumatında bildirilib.

Müşahidəçilərin sözlərinə görə, separatçıların rəhbərliyi meyitləri morqa yerləşdirmək sonra isə Ukrayna ordusunun nümayəndələrinə təhvil vermək niyyətində olduğunu bildirib.

Sizin Reklam Yeriniz