Əlaqə Arxiv
news Image
2015.03.02
17:16
| A A A
Boris Nemtsovun dəfnində Azərbaycan müxalifətindən kimlər iştirak edəcək?

Rusiya müxalifətinin nümayəndəsi İlya Yaşin Boris Nemtsovun martın 3-də dəfn olunacağı barədə məlumat verib. "Nemtsovla vida mərasimi sabah Moskva vaxtı ilə 10:00-14:00 saatlarında Saxarov mərkəzində keçiriləcək. Dəfn mərasimi isə 15:30-da Troekurovsk qəbirstanlığında olacaq". movqe.az Azərbaycanın bəzi müxalif partiyalarından Boris Nemtsovun dəfnində iştirak edib-etməyəcəklərini soruşub.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, hazırda Müsavat Partiyasından xüsusi gediş gözlənilmir: "Amma Moskvada yaşayan müsavatçıların dəfndə iştirakı olacaq. Müsavat Pariyası bu məsələ ilə bağlı mövqeyini Azərbaycan, rus və ingilis dillərində bildirib. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də bildirdi ki, bizim partiyadan dəfndə heç kəs iştirak etməyəcək: "Bizim elə bir məqsədimiz yoxdur. Ancaq ruhən ordayıq".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, bizim partiyadan orada iştirak edən olmayacaq: "Ancaq bizim MDB üzrə Moskvada səlahiyyətli nümayəndəmiz var. Orada iştirak etmələri barədə göstəriş vermişik.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də bununla bağlı partiyadan Moskvaya heç kəsin getməyəcəyini açıqlad: "Ancaq belə bir qətl hadisəsinin ba şverməsini biz də pisləyirik".

"Xeyr, bizim belə bir niyyətimiz yoxdur". Bu sözləri isə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi.

Sizin Reklam Yeriniz