news Image
2012.08.10
10:11
| A A A
“Avropa Birliyi mühüm tərəfdaşımız olan Azərbaycanın problemlərinə daha yaxından diqqət yetirməlidir”
“BMT və bir çox digər beynəlxalq təşkilatların birmənalı qətnamələrində göstərilir ki, Dağlıq Qarabağ regionu Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” “Azərbaycan Cənub dəhlizi adlandırılan bəyannaməni imzalamaqla enerji nəql edilməsində mühüm rol oynadığını təsdiqləmiş oldu” "Azərbaycan energetika məsələlərində iştirak edən əhəmiyyətli bir tərəfdir və Avropa Birliyi üçün mühüm tərəfdaşdır". APA-nın məlumatına görə, bu bəyanatla Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter H. Öttinger çıxış edib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Azərbaycanla bağlı bəyanat verən Öttinger bildirib ki, Avropa Birliyi Azərbaycanla əməkdaşlığı möhkəm zəmin və birgə aydın maraqlar üzərində qurub. 
Onun fikrincə, Azərbaycanın Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramında iştirakı tarixi bir mərhələdir: "Azərbaycan Cənub dəhlizi adlandırılan bəyannaməni imzalamaqla enerji nəql edilməsində mühüm rol oynadığını və öz fəaliyyəti ilə Avropa Birliyinə daha da yaxınlaşdığını təsdiq etmiş oldu. Xəzər dənizinin qərb sahilində yerləşən ölkə özünün zəngin neft və qaz yataqları ilə Avropanın enerji ilə təmin olunmasında mühüm bazadır".
AB komissarı eyni zamanda Azərbaycan kimi enerji istehsal edən ölkələri daha güclü dəstəkləməyin Avropa Birliyinin marağında olduğunu qeyd edib. Günter Öttinger Dağlıq Qarabağ münaqişəsinin həllinin də bununla əlaqəli olduğunu düşünür: "Bu istiqamətdə daha çox iş görmək avropalıların vəzifəsidir. AB ölkələri üçün mühüm enerji tərəfdaşı olan Azərbaycanın problemlərinə Avropada daha çox diqqət yetirilməlidir. Nəhayət, Birləşmiş Millətlər Təşkilatının və bir çox başqa beynəlxalq təşkilatların birmənalı qətnamələrində göstərilir ki, Dağlıq Qarabağ regionu Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs