news Image
2012.08.13
19:40
| A A A
Türkiyədəki Beynəlxalq Dərnəkdən Ramil Səfərova dəstək

Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Macarıstanda həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun təkrar mühakimə olunması üçün imzatoplama kompaniyası aparıb. Lent.az-ın Türkiyənin "haberler.com" saytına istinadən verdiyi məlumata görə, ASİMDER 2500 imzanı Macarıstanın Türkiyədəki Səfirliyinə təqdim edib.

Təşkilatın rəhbəri Göksel Gülbəy jurnalistlərə açıqlamasında qeyd edib ki, artıq səfərlikdən təşkilata cavab məktubu gəlib: "İğdırda başladığımız, Türkiyədə, eləcə də dərnək nümayəndəliyinin olduğu Avropa, Azərbaycan və Rusiyada davam edən imzatoplama kampaniyasında Macarıstanda ömürlük həbs cəzası alan baş leytenant Səfərovun təkrar mühakimə edilməsini və onun qalan cəzasının Azərbaycanda keçirməsini istədik. Başladığımız imza kampaniyasına artıq Macarıstan səfirliyindən məktubla cavab gəlib". 
G. Gübəyin sözlərinə görə, cavab məktubunda qeyd olunur ki, Dərnəyin Səfirliyə göndərdiyi imza siyahısı və məktublar macar dilinə tərcümə olunmaq üçün müvafiq qurumlara göndərilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs