“Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən işğalçı Ermənistan yeni müharibəni günbəgün yaxınlaşdırır”
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, görüşdə Azərbaycanla ABŞ-ın strateji tərəfdaş
ölkələr olduğunu diqqətə çatdıran müdafiə naziri Silahlı
Qüvvələrimizlə Oklahoma Ştatı Milli Qvardiyası arasında uzun müddət
davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi
diqqətə çatdırıb.
Regiondakı mövcud hərbi-siyasi vəziyyətlə qonağı tanış edən S.Əbiyev vurğulayıb ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir: "20 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını dinc şəkildə geri qaytarmaq istəməyən bu işğalçı ölkə yeni müharibəni günbəgün yaxınlaşdırır".
Müdafiə naziri bildirib ki, vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməyib. Nazirin sözlərinə görə, belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.