news Image
2012.08.15
15:14
| A A A
“Buraxın” əmri Bahoz Erdaldan

Movqe.azxəbər verir ki, CHP Tunceli millət vəkili Hüseyn Aygün, sərbəst buraxılmasından sonra açıqlamasında sərbəst buraxılması əmrinin Bahoz Erdal tərəfindən verildiyini söyləyib.

PKK, bazar axşamı qaçırdığı CHP Tunceli Millət vəkili Hüseyn Aygünü axşam saatlarında sərbəst buraxıb.

Aygünün sərbəst buraxılması qərarının Türkiyədə bir çox qanlı hərəkətin əmrini verən PKK Bahoz Erdal tərəfindən verildiyi öyrənilib.

Tunceliyə döndükdən sonra keçirdiyi mətbuat konfransında Hüseyn Aygün jurnalistlərin suallarını cavablayıb.

"Səhər oyandıqda Bahoz Erdal olduğumuz bölgəni axtardı və bu hadisənin doğru olub olmadığını soruşdu. Məni aparan yoldaşlar təsdiqlədilər. Bunun üçün Bahoz Erdal təhlükəsiziliyin qorunması və ən qısa zamanda sərbəst buraxılmağım təlimatını verdi" - deyə Aygün bildirib.

Amma sərbəst buraxılmağımda Ankarada ibarət olan reaksiyaların, məclis sədrinin, baş nazirin, dövlət başçısını, İnsan Hüquqları Dərnəyinin, Şiə dərnəklərinin və Dersim xalqının hərəkətləri də təsirli oldu" - deyə danışıb.

Bəzi media orqanlarında Aygünün qaçırılmasının təşkilatın əməli olduğu və rəhbərliyin hərəkətdən narahat olduğu bildirilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs