Əlaqə Arxiv
news Image
2012.08.15
20:37
| A A A
Ermənilər hansı rayonlardan əlini üzüb?
Xüsusi hazırlanmış qol saatında Ermənistan və Dağlıq Qarabağın ərazisi göstərilir

Məşhur Quartz şirkəti ermənilərin sifarişi ilə Ermənistan Respublikasının və keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin xəritəsini özündə əks etdirən qızıl qol saatları istehsal edib.


Modern.az xəbər verir ki, bu qol saatı indi ermənilər arasında dəbdədir. Ancaq bu qol saatı bir əşya olmaqla yanaşı, ermənilərin Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqları ilə bağlı gələcək düşüncələrini ortaya qoyur.


Belə ki, saatın içərisində təsvir olunmuş qızılı xəritədə yalnız Ermənistan Respublikasının ərazisi və keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin sərhədləri göstərilib. Azərbaycanın işğal altında olan digər rayonları saatdakı xəritədə yer almayıb. Hətta, Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın rayonu da xəritədə gələcək erməni torpağı kimi göstərilməyib. Laçın rayonunun yalnız "dəhliz" hissəsi saatda təsvir olunub.


Bu fakt isə onu göstərir ki, ermənilər həmin rayonları həmişəlik özlərində saxlamağa ümidli deyillər və bu ümidsizlik onların simvolik əşyalarında artıq özünü göstərməyə başlayıb.


Qeyd edək ki, əvvəllər ermənilər bu cür əşyala

r da – qolbağı, boyunbağı, alışqan və s. də uydurduqları "böyük Ermənistanın xəritəsini" əks etdirirdilər.


Sizin Reklam Yeriniz