Əlaqə Arxiv
news Image
2015.04.01
09:00
| A A A
Radikal müxalif düşərgədə bitməyən xəyanət
Zahid Oruc: “Bəziləri üçün xaricdə yaşamağın ən əlverişli forması xarici dövlətlərə Azərbaycan barədə istənilən yalanların ötürülməsidir” Kamil Seyidov: “Onlar xaricdəki ağalarının sifarişlərini yerinə yetirərək, dəfələrlə Azərbaycan haqqında xaricə yalan, həqiqətə uyğun olmayan informasiyalar ötürüblər”

Radikal müxalif düşərgədə yer alanların bir çoxunun Azərbaycan əleyhinə kampaniya aparmaq, onun dünyada artan imicinə ləkə vurmaqla məşğul olması heç kimə sirr deyil. Onların bir çoxunun da məqsədi yekun nəticədə xaricdə sığınacaq almaqdır. Fransadan sığınacaq alan AXCP-dən olan Natiq Ədilovu buna bir daha misal göstərmək olar. Niyyətləriən çatmaq üçün onlar həmişə Azərbaycanı istəməyən xarici dairələrin yanında olub, onların tapşırıqlarını yerinə yetiriblər. Azərbaycanda olarkən bu tip insanlar ölkəmizi istəməyən xarici qüvvələrə istənilən yalan informasiyaları ötürüblər. Onlar xaricə gedəndən sonra da Azərbaycan əleyhinə fəaliyyətlərini demək olar ki, dayandırmırlar.

Millət vəkili Zahid Oruc bildirdi ki, xaricdə oturub hakimiyyəti suçlamağın heç bir nəticəsi yoxdur və ola da bilməz: "Görünür, bəziləri üçün xaricdə yaşamağın ən əlverişli forması xarici dövlətlərə Azərbaycan barədə istənilən yalanların ötürülməsidir. Bu, siyasi mühacir statusunu əldə etmək, orada sığınacaq qazanmaq, müxtəlif sosial imtiyazlar əldə etmək üçün onlardan ötrü çox önəmlidir. Əks halda, bu cür ölkələrdə yaşamaq o qədər də asan deyil. Azərbaycan əleyhinə fəaliyyət aparmaq da sanki bu cür stimullaşdırılır. Hər bir aksiya növbəti mühacir statuslarının istehsalını sanki daha çox artırır və beləliklə də mənzərə dəyişir. İndi Azərbaycandan kənarda qeyd edilən istiqamətdə fəaliyyət aparan xeyli fərdlər var. Onlar müxtəlif təşkilatları yaratdıqlarını da elan ediblər. Ancaq dəqiq məlumatlar da mövcuddur ki, əslində, onların çevrəsində xüsusi olaraq birləşənlər də yoxdur. Hətta tam müxalif ideologiyanı daşıyan adamların da Fransada, Almaniyada və ya başqa ölkədə olmalarından asılı olmayaraq, iqtidar əleyhinə olmaları onları vahid təşkilat halına gətirməyib. Hətta bir qədər də irəli gedərək bildirək ki, eyni təşkilatın sıralarından çıxan və sonradan mühacirə çevrilən adamlar xaricdə partiyalılıqlarını qoruyub saxlaya bilmir. Çünki, iddiaları potensiallarından qat-qat böyükdür. Nə etmək olar, bu, dünyanın hazırkı reallığıdır və təkcə Azərbaycanla bağlı deyil. Belə miqrasiya hadisələri bu cür siyasi çalar kəsb edir. Ona görə Natiq Ədilovun Fransada sığınacaq alması kimi sonuncu hadisəni də bu konteksdə nəzərdən keçirməliyik. Onlar öz fəaliyyətlərini Azərbaycan daxilindən çıxararaq, kənara yönəldir və guya ölkəmizə oradan zərbə vuracaqlar. Amma onların fəaliyyətlərində daimi olaraq hakimiyyəti suçlamalarının heç bir siyasi nəticəsi yoxdur. Müxaliflərin hazırladığı "Azərbaycan saatı" verlişinə "Youtube" vasitəsilə daxil olub, baxsaq, görərik ki, onunla maraqlananların sayı yüzlərlədir, amma minlərlə deyil. Bu, o deməkdir ki, hakimiyyət əleyhinə fəaliyyətin ölkə sərhədini aşması və bunun mükafatlandırılması, bu tənqidlərdən onların yaşayış imkanlarının yaranması belə heç nəyi dəyişmir".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bu fikirdədir ki, xarici dövlətlərə ölkəmiz haqqında yalan informasiyalar verməkdə radikal kəsimlərin məqsədi bu yolla xaricdən sığınacaq almaqdır: "Sirr deyil ki, Azərbaycanın radikal müxalifəti öz dar maraqlarından çıxış edərək, ölkəmizin qazandığı uğurlara belə kölgə salmağa çalışırlar. Onlar xaricdəki ağalarının sifarişlərini yerinə yetirərək, dəfələrlə Azərbaycan haqqında xaricə yalan, həqiqətə uyğun olmayan informasiyalar ötürüblər. İndi də bu çirkin əməllərini davam etdirirlər. Ölkəmizdə baş tutan hər bir mühüm tədbir ərəfəsində nəinki Azərbaycanı istəməyən xarici qüvvələr, habelə daxildəki müəyyən radikallar da "fəallaşırlar". Onlar xarici ağalarından təlimat alaraq Azərbaycanda baş turan tədbirlərə dəfələrlə ləkə salmaqla məşğul olublar. Düzdür, onların bu çirkin niyyətləri baş tutmayıb. Azərbaycan hökuməti özünün ardıcıl və doğru siyasətilə dünya ictimaiyyətinə ölkəmiz haqqında həqiqətlərin çatdırılmasında böyük uğurlar əldə edib. Bununla belə, hər zaman olduğu kimi, bu günün özündə də daxildə xarici dairələrin istəyilə hərəkət edən, onlardan asılı olan qüvvələr də təəssüf ki, vardır. Bu kimi radikal qüvvələr bir müddət ərzində ölkədə fəaliyyət göstərərək, xaricdəki hamilərinə Azərbaycan barədə istənilən yalanarı ötürürlər. Bununla da əksəriyyəti çalışır ki, sonradan xarici ölkələrdən birindən sığınacaq alsınlar. Yəni, aydın görünür ki, bir çox radikal dairələrin özlərinin də vətəndaşı olduğu ölkəmiz haqqında xaricə dezinformasiyalar ötürməsində başlıca məqsəd həm Azərbaycanın imicinə zərbə vurmaq, həm də bu yolla xaricdə sığınacaq almağa nail olmaqdan ibarətdir. Onların bu yalanlarının əsasında da guya Azərbaycanda insan haqlarının pozulduğu, demokratiyanın olmadığı kimi fikirlər dayanır. Bu kimi çirkin addımlara da aydın məsələdir ki, ancaq Vətənini sevməyən qüvvələr gedə bilərlər və gedirlər. Hətta onlar sığınacaq aldıqdan sonra da belə, xaricdəki Azərbaycan əleyhinə olan təşkilatlarla sıx əməkdaşlığı davam etdirirlər".

Sizin Reklam Yeriniz