Əlaqə Arxiv
news Image
2015.04.01
09:30
| A A A
İşğal siyasəti daha çox erməni əsgərinin həyatına son qoyur
Elman Məmmədov: “Bu gün ermənilərin səngərdə durmağa əsgəri çatışmır” Üzeyir Cəfərov: “Onlara “ağaları” tərəfindən hansı tapşırıq verilsə, o istiqamətdə də hərəkət edəcəklər”

Cəbhədə son olaylar fonunda erməni siyasi rəhbərliyinin çıxılmaz vəziyyətə düşdüyü açıqca görünür. Cəbhədə törətdikləri təxribatlar üzündən böyük sayda hərbçi itkisinə məruz qalan erməni rəhbərliyinə qarşı ölkə daxilində etirazlar artır. Vəziyyətdən çıxış yolu kimi erməni rəhbərlyii cəbhədə itirdikləri qüvvənin sayını artıq neçənci dəfədir ki, az göstərirlər. Halbuki, Azərbaycan Müdafiə Nazirliyi hər dəfə qarşı tərəfin açıqladığı rəqəmlərin yalan olduğunu faktlarla sübut edir. Bundan başqa, erməni jurnalistləri və politoloqları da İrəvanın açıqladığı rəsmi rəqəmlərin yalan olduğunu deyirlər.

Mütəxəssislərin fikrincə, erməni siyasi, hərbi rəhbərliyinin bu cür manevr etməsi başadüşüləndir. Çünki, İrəvandakı son mitinqlər məhz əsgər ölümünə görədir. Martın 22-də erməni əsgəri Andranik Qriqoryanın da Azərbaycan əsgərlərinə özü təslim olması düşmən ölkədə vəziyyətin nə yerdə olduğunu bir daha göstərir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov hesab edir ki, cəbhədəki vəziyyətə görə, hər an müharibə başlaya bilər: "Burada ermənilərin məqsədi saysız-hesabsızdır. Məsələn, hazırda ölkəmiz mötəbər beynəlxlaq tədbir keçirmək ərəfəsindədir. Bu tədbirin pozulması üçün ermənilər həm cəbhədə, həm də ideoliji sahədə əllərindən gələni edirlər. Məqsəd Azərbaycanı nəyəsə təhrik etməkdir. Ölkəmiz tərfindən isə layiqli cavablarını həmişə alıblar. Amma biz yalnız müdafiə olunmaqla kifayətlənməməliyik. Bizim də məqsədimiz düşməni torpaqlarımızdan çıxarmaq və ərazi bütövlüyümüzü təmin etməkdir. Azərbaycan Ordusu buna nail olmaq iqtidarındadır. Biz onların heç bir təxribatından qorxmuruq. Sadəcə, Azərbaycan məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Amma görünən odur ki, hərbi gücün tətbiq edilməsinin vaxtı çatıb".

Millət vəkili əlavə etdi ki, ermənilər itkilərini gizlədirlər: "Ancaq hər kəs də bilir ki, bu gün ermənilərin səngərdə durmağa əsgəri çatışmır. Səngərə mülki əhalini gətirirlər. Bütün hallarda Azərbaycan Ordusu qarşısında dura bilmirlər. Erməni əsgərinin ağ bayraq qaldıraraq Azərbaycana tərəfinə keçməsi, bir sıra erməni ziyalılarının "Qarabağ Azərbaycanındır" demələri, genrallarının bizim qarşımızda erməni ordusunun zəif olmasını etiraf etməsi onları geriyə çəkilməyə məcbur olduğunu göstərir. Bu gün erməni başa düşür ki, Ermənistanın yaşaması üçün yeganə çıxış yolu var. Bu, Azərbaycan və Türkiyə ilə müasibətləri normal vəziyyətə salmaqdır".

Hərbi məsələlər üzrə ekpsert Üzeyir Cəfərov bildirir ki, ermənilər cəbhədə itkiləri özlərinin səhv siyasətinin nəticəsidir: "İşağlçılıq siyasətini davam etdikdirkləri müddətdə ağır itkilərlə üzləşəcəklər. İtkilərinin sayını isə uzun müddət gizlədə bilməzlər. Amma onlar itkilərini gizlətməyə məcburdurlar. Çünki, bir əsgər ölümünə görə erməni ictimaiyyəti mitinq keçirdi. Siyasətlərinə korrektələr etsələr, nə qədər erməni gəncinin həyatını xilas etmiş olarlar. Proses indiki şəkiləd davam edərsə, bu, ən azından Ermənistan müdafiə naziri Seyran Ohanyanın vəzifədən getməsi ilə nəticələnə bilər".

Ekspert hesab edir ki, böyük itkilər belə indik durumda onların geri çəkiləcəyinə ümid yaratmamalıdır: "Çünki, onlar idarə olunan bir dövlətdir. Ona görə də özlərinin azad şəkildə addım atmaları qeyri-mümkündür. Onlara "ağaları" tərəfindən hansı tapşırıq verilsə, o istiqamətdə də hərəkət edəcəklər. Konstruktiv yola gəlmək istəkləri hiss olunmur. Olsa da, müyyən yumşalmalar baş verə bilər. Amma bunu da hələlik görmürük. Ermənistanın atdığı addım onu deməyə əsas verir ki, onlar faktiki olaraq, düşünmədən hərəkət edən ağılsız adamlardır. Bu da onlar üçün qaranlıq gələcəkdən başqa nəsə vəd etmir".

Sizin Reklam Yeriniz