Əlaqə Arxiv
news Image
2012.08.16
11:27
| A A A
Müsəlman dövlət başçıları Suriyanın İƏT-də üzvlüyünün dayandırılmasını təsdiqləyiblər
İslam Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin başçıları Məkkədə keçirilən zirvə görüşündə Suriyanın bu beynəlxalq təşkilatda üzvlüyünün dayandırılması qərarını təsdiqləyiblər. APA-nın məlumatına görə, qərar iclasın yekun bəyanatında öz əksini tapıb. İki gün əvvəl İƏT xarici işlər nazirləri Suriyanın bu təşkilatda üzvlüyünün dayandırılması barədə qərarı razılaşdırmışdılar. Bu qərarın əleyhinə İran çıxıb. Sammit iştirakçıları həmçinin Suriyanın ərazi bütövlüyünün saxlanılmasının lehinə çıxış ediblər və Suriya rəhbərliyini minlərlə günahsız insanı qətlə yetirməkdə günahlandırıblar. İclasda həmçinin Myanmada müsəlmanların vəziyyəti və Fələstin məsələsi müzakirə olunub.
Sizin Reklam Yeriniz