news Image
2015.04.01
14:23
| A A A
Ermənistan əleyhinə olan məruzənin müəllifi Ermənistana və Azərbaycanın işğal altındakı torpaqlarına gedəcək

AŞPA-nın Böyük Britaniyadan olan deputatı, Ermənistanın əleyhinə olan məruzənin müəllifi Robert Uolter Ermənistana və bu ölkənin işğalı altında olan Azərbaycan torpaqlarına səfər edəcək. Movqe.az-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndəliyinin rəhbəri Ermine Naqdalyan bilirib."O (Uolter) AŞPA təmsilçisi və Britaniya deputatı qismində müraciət edərək, bölgəyə səfər etmək arzusunda olduğunu bildirib. Yəqin ki, biz Uolteri qəbul edəcəyik, lakin bu hesabat çərçivəsində əməkdaşlıqdan imtina qərarımız qüvvədə qalır", – deyə Naqdalyan qeyd edib.Böyük Britaniyanın AŞPA-dakı nümayəndəsi "Dağlıq Qarabağda və Azərbaycanın başqa işğal olunmuş ərazilərində zorakılığın artması" mövzusunda məruzə hazırlamalıdır.Bu məqsədlə britaniyalı deputat ötən ay Azərbaycana səfərdə olub, Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejim isə onun fəaliyyətini boykot etməyi qərara alıblar.E.Uolter tərəfindən Azərbaycanda toplanılan materialların AŞPA-nın 20 aprel tarixli iclasında təqdim olunması gözlənilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs