Əlaqə Arxiv
news Image
2015.04.01
15:29
| A A A
BVF: İnkişaf edən ölkələrin valyuta ehtiyatları azalıb

Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı məlumata görə, inkişaf etməkdə olan ölkələrdəki ümumi valyuta ehtiyatları ötən il ərzində 114.5 milyard dollar azalaraq 7.75 trilyon dollar olub. İnkişaf edən ölkələrin ehtiyatları ilk dəfə son 20 ildə geriləyib. Geriləməyə inkişaf edən ölkələrdəki azalan rəqabət, kapital çıxışları və ABŞ-ın pul siyasətilə bağlı narahatlıqlar (dolların güclənməsi) səbəb olub. Ötən ilin ikinci rübünün sonunda inkişaf edən ölkələrin ehtiyatları 8.06 trilyon dollara qədər qalxaraq rekord qırmışdı. Financial Times-ın sorğusuna görə, inkişaf etməkdə olan ölkələr üçün "rekord ehtiyat" dövrü keçmişdə qalıb. İqtisadçılar qarşıdakı dövrdə də inkişaf etməkdə olan ölkələrin valyuta ehtiyatlarının azalacağını bildirirlər. İqtisadçılara görə, bu azalma, inkişaf edən iqtisadiyyatların ABŞ və Avropadan borc alışının davam etməsini də çətinləşdirərək və Qərbdəki iqtisadi artıma da təsir göstərə bilər


Sizin Reklam Yeriniz