news Image
2015.04.01
14:32
| A A A
Nikola Sarkozi istintaqa cəlb olunub

Fransanın sabiq prezidenti Nikola Sakrozi 2012-ci ildəki seçki kampaniyası ilə bağlı açılmış yeni cinayət işinə görə istintaqa gəlib. Movqe.az-ın AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə istintaq işinə yaxın olan mənbə məlumat verib. Onun sözlərinə görə, müstəntiqləri Sarkozinin seçkilərdə məğlub olmasından sonra yaranmış vəziyyət maraqlandırır. Məsələ ondadır ki, 2012-ci ilin sonunda namizədlərin seçki kampaniyalarının hesablarını yoxlayan Fransa Dövlət Komissiyası Sarkozinin "Xalq Hərəkatı uğrunda İttifaq" (UMP) Partiyasının maliyyə sənədlərini rədd edib. Komissiyanın qənaətinə görə, N.Sarkozi seçki təşviqatı zamanı icazə verilən maliyyə limitini aşıb. Beləliklə, partiya təxminən 10,7 milyon avro dəyərində kompensasiyadan məhrum olub.Bundan başqa, bu məsələ ilə əlaqədar olaraq, Sarkozi 516 min avro dəyərində cərimə olunub. Bu məbləğ dövlətə partiya tərəfindən ödənilsə də, rəsmilərin fikrinə görə, cəriməni şəxsən namizəd ödəməlidir.Sabiq prezidentin seçki kampaniyasının direktoru, xəzinədar və vəkili kimi çalışmış üç nəfər ötən gün başqa bir cinayət işi – Sarkozinin 2012-ci il kampaniyasının qanunsuz maliyyələşməsi ilə bağlı saxlanılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs