news Image
2015.04.01
17:36
| A A A
Masallı rayonunda Kəlbəcərin ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Xəbər verdiyimiz kimi bu gün Masallı rayon İcra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Kəlbəcər rayonunun işğalının 22-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə əvvəlcə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, qarşıya qoyulan çox ciddi vəzifələrdə biri idi. Ancaq təəssüf ki, o vaxt ki hakimiyyətdə olan insanlar bunu etməyiblər. Sonra C. Manafov Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı olan ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətindən danışaraq. Ölkə başçısının müdrik siyasəti sayəsində baş verən proseslər tezliklə torpaqlarımızın işğaldan azad olacağı günün uzaqda olmadığını nəzərə çatdırdı.

Sonra tədbirdə Masallı Rayon İcra hakimiyyəti başçısının İctimai-siyası və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Ağayev çıxış edərək bildirdi ki,Təəssüflər olsun ki, 1988-1993-cü illərdə ölkəyə rəhbərlik edən sərişdəsiz insanların apardığı düzgün olmayan siyasət nəticəsində torpaqlarımız işğal olundu. Hətta elə qüvvələr var idi ki, sanki Kəlbəcərin ermənilərin əlinə keçməsinə maraqlı idilər. Belə olmasaydı, 1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə dözərək öz oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən, erməniləri daim qorxu və vahimə içində saxlayan Kəlbəcər, son anda tamamilə tərksilah edilərək əhalisi əliyalın qoyulmazdı. Ən acınacaqlısı isə budur ki, o zamankı hakimiyyətdə olanlar bütün olanlara laqeyid yanaşaraq xalq qarşısında daha bir tarixi cinayətə imza atdılar, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalına imkan yaratdılar.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Masallı rayon Təhsil şöbəsinin Metodisti Əyyar Burhanov,gənclərdən Elvin Mirzəyev,Coşqon Fərzəliyev çıxış edərək1993-cü ildə Kəlbəcərin işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, canını qurtarmaq istəyən qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən söhbət açaraq bildirilmişdir ki, Azərbaycanın işğal olunmuş rayonları arasında ən böyüyü olan Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən zəbt edilməsi nəticəsində 128 kənd, 1 qəsəbə, 140 müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi, 214 mədəniyyət ocağı dağıdılaraq məhv edilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış Kəlbəcərlə bağlı faciəni əks etdirən bukletlər paylanılmışdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs