news Image
2012.08.16
13:32
| A A A
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzünü pislədi

14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçirilib. Sessiyada dünya müsəlmanlarının narahatçılığına səbəb olan məsələlər müzakirə olunub, Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilib. Zirvə Toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyini əks etdirən Yekun Bəyannamə qəbul olunub.


Qəbul olunmuş bəyannamədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və Ermənistanı silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırıblar. Bu barədə Modern.az saytına Azərbaycan Xarici İşlər Naziliyinin mətbuat xidmətindən məlumat verilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs