news Image
2015.04.02
09:20
| A A A
Hutilər Yəmən prezidentinə yaxınlaşır
Prezidentin son istehkamı qiyamçıların əlində

Sədiyyə Ərəbistanın hava zərbələrinə baxmayaraq Yəmənin huti qiyamçılar birləşməsi tanklarla Ədən şəhərinin mərkəzinə daxil olublar.Movqe.az-ın məlumatına görə, Ədən ölkənin seçilmiş prezidenti Abd-Rabbu Mansur Hadiyə sadiq qüvvələrin son böyük istehkamı idi.Körfəzin sünni ərəb ölkələrindən ibarət koalisiyasının Yəmənin şimalındakı huti mövqelərinə hücumlarına baxmayaraq cənubda Ədən şəhərini xilas etmək mümkün olmayıb.Səudiyyə Ərəbistanı hərbiçiləri bildirir ki, huti qiyamçıları, əslində hava reydləri başlamazdan əvvəl artıq Ədəndə olublar. O deyib kİ, döyüş meydanına tankların çıxarılması da gözlənilməz olmayıb.6 ay bundan əvvəl paytaxt Sananı ələ keçirmiş qiyamçıları Yəmən silahlı qüvvələrinin keçmiş prezident Ali Abdullah Salehə sadiq bölümləri dəstəkləyib.Bir sıra başqa mənbələrdən alınan xəbərlərə görə Yəmənin müxtəlif yerlərində ağır döyüşlər baş verir və hutilər ağır canlı qüvvə itkisinə məruz qalırlar.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hava bombardmanları ötən gecə ərzində də davam etdirilib. UNİCEF-in verdiyi məlumata görə bombardımanlar zamanı bir həftə ərizndə 62 uşaq həlak olub. Ümumikdə həlak olmuş mülki və döyüşçülərin sayı çərşənbə günü nəzərə alınmazsa, 103 nəfərdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs