Əlaqə Arxiv
news Image
2015.04.02
11:10
| A A A
Misirin silah embarqosu ləğv edilib

ABŞ prezidenti Barak Obama Misirin 18 aylıq silah embarqosunu ləğv edib. Movqe.az-ın Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, bu qərar 12 ədəd F-16 təyyarəsi, 20 - "Harpun" raketi və 125 - M1A1 Abrams tankının Misir ordusuna çatdırılımasına yol açılır.

ABŞ dövlət başçısı prezident Əbdel Fəttah Əl-Sissiyə hər il Misirə 1.3 milyard dollarlıq hərbi yardım göstəriləcəyini də vəd edib.

Yardımlar 2013-cü ilin oktyabr ayında Misir ordusunun sabiq preziden Məhəmməd Mursinin hakimiyyətdən salınması ilə dayandırılmışdı.

Misir liderləri silah embarqosunun Sunay yarımadasında islam yaraqlıları və İranın dəstəklədiyi şiə üsyançılarla ilə mübarizə səylərini imkansız etdiyindən şikayətlənirdi.

Ağ Evin qərarı bir ay sürən araşdırmalardan sonra verilib. Araşdırmalar ABŞ-ın müdafiə zərurəti, yoxsa Misrin demokratik islahatlarına yardım mahiyyəti daşıdığına həsr edilmişdi.


Sizin Reklam Yeriniz