Əlaqə Arxiv
news Image
2015.04.02
15:15
| A A A
Türkiyənin məşhur masonları - Siyahı

Son günlər Türkiyə gündəmində mason mövzusu yenidən ön plana çıxıb. Hazırda ABŞ-da yaşayan hizmət hərəkatının lideri Fəthullah Gülənə aid olan masonluq bilgiləri bu mövzunu yenidən aktuallaşdırıb. Azad Mason Lojasının həm cümhuriyyət, həm də Osmanlı dönənimdəki məşhur türk masonlarının siyahısını tərtib etməsi də bu zərurətdən meydana çıxıb. Maraqlıdır ki, siyahıda dövlət rəhbərləri, Osmanlı sədrəzəmlərindən tutmuş sənətçi və ədəbiyyat adamlarına qədər 60-dan çox adamın adı var.

Modern.az saytı Türkiyə mediasına istinadən həmin siyahıda yer alan məşhurların bir qismini təqdim edir:

Sədrəzəmlər - (sədrəzəm - Osmanlı dönəmimdə sultan adına dövlət işlərini yönəldən və ən yüksək imtiyaza sahib olan şəxs. Vəziri-əzəm sözündən götürülüb):

Mustafa Rəşid paşa, Əli paşa, Keçəcizadə Fuad paşa, Xeyrəddin paşa, Midhət paşa, I Haqı paşa, Tələt paşa;

Baş nazirlər: Hakan Saka (1925-26), Suat Hayri Ürgüplü (1961-63), baş nazir müavini Akif İyidoğan

Yüksək rütbəli hərbçilər, nazirlər - Zəki Doğan paşa (Hərbi Hava Qüvvələri komandanı), Qazi Osman paşa,(Osmanlı ordusu), Rəsnəli Niyazi (Osmanlı ordusu) Rəşid paşa, Səlim sarper (xarici işlər naziri), Məhmət Cəmil Uybadın (daxili işlər naziri), Şükrü Qaya (daxili işlər naziri), Həsən Mənəməncinoğlu (ədliyyə naziri);

Təhsil nazirləri və elm xadimləri : Hüseyn Vasf Çinar (1929), Mustafa Necati (1924), Həsən Əli Yücel (1938-1946),

Professorlar: Nətəş Ömər (tibb), Faiq Səbri Duran (coğrafiya), Mustafa Tunc (psixologiya), Mustafa İnan (İstanbul Universitetinin rektoru), Kamal Ökə (tibb), Ömər Akalın (tibb), Saleh Murad Özdilək (fizika), Kərim Erim (riyaziyyat);

Şair, yazıçı və sənətçilər: Ziya Paşa, Süleyman Asaf, Namiq Kamal, Tofiq Rza, Rəşad Nuri Güntəkin, Məmməd Əmin Yurdaqul, Ziya Göyalp, Ayhan İşıq;

Osmanlı dönəmindəki türkiyəli masonların cərgəsində iki erməni əsilli şəxsin adı da var. Bunlar Güllü Aqop Vartovyan və Diren Kələkyandır. Vartovyan Osmanlı dönəmində aktyor, rejissor, Diren Qriqor oğlu Kelekyan isə jurnalist, siyasət tarixi üzrə araşdırmaçı kimi tanınıb.

Sizin Reklam Yeriniz