Əlaqə Arxiv
news Image
2015.04.02
16:45
| A A A
Putindən ABŞ-a nüvə hədəsi

Amerika və Rusiyanın kəşfiyyat rəhbərləri gizli görüş keçirib.

Əgər Amerika Krımı geri almaq istəsə, Putin nüvə müharibəsinə başlayacaq.

Bu xəbər Britaniyanın "Times" qəzetinin bu günkü sayının baş xəbəridir. Qəzet xəbərə iki qoşa səhifə həsr edib.

"Times"ın məlumatına görə, bu ilin mart ayının ortalarında Almaniyanın Torqau şəhərində Rusiya və ABŞ kəşfiyyatlarının yüksək çinli zabitlərinin görüşü olub. Görüş zamanı Rusiya nümayəndə heyəti Qərbin ünvanına bir sıra açıq hədələr səsləndirib.

"Şəksiz, bu veteran casusların gəvəzələik etdiyi ifadələr olmayıb. Ən azı, generalların biri Krımın keçən ilki ilhaqında birbaşa iştirak etmişdi. İki zabit isə Rusiyanın nüvə strategiyasının müəlliflərindən idi", - deyə "Times" vurğulayıb.

Rus generalları Qərb kəşfiyyatının qarşısında üç əsas tələb qoyub:

- Krımın Ukraynaya qaytarılması ilə bağlı istənilən cəhd hərbi təcavüz kimi dəyərləndiriləcək, Kreml buna cavab kimi ABŞ-a qarşı nüvə silahı işlətməyə hazırdır;

- Rusiya NATO-nun öz sərhədində yerləşməsinə imkan verməyəcək - söhbət Estoniya, Latviya və Litvadan gedir;

- NATO-nun Ukraynaya istənilən hərbi yardımı Rusiya tərəfindən "güc cavab"ına səbəb olacaq.

Sizin Reklam Yeriniz