news Image
2015.04.02
18:10
| A A A
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi yenə Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt aprelin 8-9-da Bakıya gələcək. Movqe.az-ın xəbərinə görə, P. Aqramuntun səfəri qurumun İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı "Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?" adlı hesabatla əlaqədardır.Səfər ərzində P. Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.Virtualaz.org xatırladır ki, Pedro Aqramunt polşalı həmkarı Tadeuş İvinski ilə birlikdə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçis kimi bu il martın əvvəlində də Bakıda olub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs