Əlaqə Arxiv
news Image
2015.04.03
09:45
| A A A
İran və “altılıq” əsas məsələlər üzrə anlaşdı

İran və "altılıq" (BMT Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda əsas punktlar üzrə razılıq əldə edib. Movqe.az-ın xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin twitter səhifəsində yerləşdirilən məlumatda deyilir.Öz növbəsində İranın xarici işlər naziri Cavad Zərif özünün mikrobloqunda yazıb ki, danışıqların gedişi zamanı "qərarlar tapılıb" və tərəflər təcili şəkildə layihə sənədinin hazırlamasına girişməyə hazırdır.Bəzi KİV-lərin dəqiqləşdirməsinə görə, mümkündür ki, İran uranın zənginləşdirilməsi üzrə hazırkı gücünün 2/3-dən çoxundan imtina edəcək. Bildirilir ki, bu anlaşmaların monitorinqi 10 il ərzində aparılacaq.


Sizin Reklam Yeriniz