Əlaqə Arxiv
news Image
2015.04.03
14:00
| A A A
Papa ayaq yudu və öpdü (FOTO)
Ayağı yuyulanlardan 6-sı qadın,6-sı kişi olub

Roma Papası yenə ayaq yuyub. Movqe.az-ın məlumatına görə, katolik dünyasının qeyd etməyə hazırlaşdığı Pasxa bayramı ərəfəsində Roma papası məhkumlarla görüşüb və ayaq yuma ayinini gerçəkləşdirib.Papa Fransisk "Müqəddəs Cümə axşamı ayini" üçün Romadakı Rebbibia həbsxanasını ziyarət edib. O, 12 məhbusun ayağını yuyub. Onlardan 6-sı qadın, 6-ı kişi olub. Məhbusların bir hissəsi italiyalı olsa da, yarısı fərqli ölkələrdən olub.Ruhani lider məhkum qadınlardan birinin azyaşlı uşağının da ayaqlarını yuyub.Xristianların inanclarına görə, Həzrəti İsa çarmıxa çəkilmədən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuyub.O, "Rebbibia" həbsxanasını ziyarət edən 3-cü Papa olub. İlk ziyarət 1983-cü ildə olub. O zaman Papa olan 2. İohan Paul ona sui qəsd hazırlayan Mehmet Əli Ağcanı ziyarət edərək qucaqlamışdı. İkinci ziyarəti 2011-ci ildə Papa 16. Benedikt edib.Xatırladaq ki, katolik lider keçən il Roma yaxınlığındakı "Don Gnocchi" qocalar evini ziyarət edərək burada qulluğa möhtac olan biri müsəlman olmaqla 12 nəfərin ayağını yumuşdu.


Sizin Reklam Yeriniz