Əlaqə Arxiv
news Image
2015.04.03
15:00
| A A A
Elmar Məmmədyarov MDB-nin iclasına getmədi

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə MDB xarici işlər nazirləri Şurasının iclası işə başlayır. Movqe.az TASS-a istinadən xəbər verir ki, iclasda Rusiya xarici işlər naziri Sergey Lavrov, MDB-nin icraçı katibi Sergey Lebedev, habelə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Belarus xarici işlər naziri Vladimir Makey, Qazaxıstan xarici işlər naziri Erlan İdrisov, Qırğızıstan xarici işlər naziri Erlan Abdıldayev, Tacikistan xarici işlər naziri Sirociddin Aslov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov iştirak edir. Moldovanı isə xarici işlər nazirinin Avropa inteqrasiyası məsələləri üzrə müavini Tudor Ulyanovski, Özbəkistanı xarici işlər nazirinin müavini Javlon Vahabov təmsil edirlər. Azərbaycan və Ukrayna isə MDB xarici işlər nazirləri Şurasının iclasında ən aşağı səviyyədə - xüsusi tapşırıqlar üzrə səfir səviyyəsində təmsil olunurlar. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantıya getməyib və xüsusi tapşırıqlar üzrə səfir Fəxrəddin Qurbanovu göndərib. Ukrayna isə xüsusi tapşırıqlar üzrə səfir Nikolay Doroşenko ilə təmsil olunur. İclasın gündəliyinə MDB çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair 16 məsələ daxil edilib. Hərbi sahədə əməkdaşlığı dərinləşdirmək üçün xarici işlər nazirlərinin müzakirəsinə radiasiya, kimyəvi və bioloji təhlükələrə dair birləmiş müdafiə sisteminin yaradılmasına dair saziş layihəsi təqdim olunub. Həmçinin nazirlər fövqəladə situasiyalarda əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Sizin Reklam Yeriniz