Əlaqə Arxiv
news Image
2015.04.03
18:00
| A A A
İsrail İranla bağlı qərardan narahat olub

İsrail hökuməti İranın Qərblə nüvə razılaşmasına etirazını bildirib İranın nüvə proqramına dair Tehranla "altılıq" ölkələri arasında İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılması və yaxud məhv edilməsinə dair razılıq İsrail hökumətinin narazılığına səbəb olub. İsrail hökuməti İranın nüvə proqramına dair danışıqlarda razılığın əldə olunmasını "tarixi səhv" adlandırıb. Bu barədə "AFP" agentliyi xəbər verir. "Əldə olunan razılaşma dünyanı daha da təhlükəli edəcək" - agentliyin İsrail hökumətinə istinadən yaydığı məlumatda belə deyilir. Qeyd edək ki, İranın nüvə proqramı üzrə "altılıq" ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub. Movqe.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" hesabında yazıb.Onun sözlərinə görə, razılıq əldə olunduğundan dərhal sənəd layihəsi üzərində işə başlayırlar.

Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında razılığın ələd olunması Tehrana qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılması deməkdir.

Sizin Reklam Yeriniz