news Image
2015.04.03
21:00
| A A A
Allahşükür Paşazadə Roma Papası Fransiskə məktub göndərib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 3-də Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib. QMİ-nin mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A. Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.

Nunsi Marek Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib, Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete də iştirak edib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs