Əlaqə Arxiv
news Image
2015.04.04
12:00
| A A A
İsrailin varlığı təhlükədədir
İranla nüvə proqramına dair istənilən razılaşma İsrailin mövcudolma hüququnu əlindən almamalıdır.

Movqe.az-ın milli.az-a istinadən  məlumatına görə, İranla razılaşmaya qarşı çıxan yeganə ölkə İsrailin baş naziriBenyamin Netanyahunun Lozanna danışıqlarına reaksiyası bu cür olub.

Netanyahu qeyd edib ki, hazırkı razılaşma sənədləri Yaxın Şərqdə nüvə silahının yayılma riskini artırır və dəhşətli müharibənin başlamasına zəmin yaradır.

"Hökumət qəti şəkildə razılaşmanı rədd edir. Bu razılaşma İsrailin varlığını təhlükə qarşısında qoyur. İran heç bir nüvə müəssisini bağlamayacaq, sentrifuqaları məhv etməyəcək və uranın zənginləşdirilməsinə də son qoymayacaq. Əksinə, razılaşma İranın bu istiqamətdə fəaliyyətini qanuniləşdirir. Bütün bunlar isə İranın regionda terror fəaliyyəti gücləndiyi bir vaxtda baş verir. İsrail onu məhv edəcəyinə and içən ölkə ilə heç bir razılaşmanı qəbul etməyəcək"

Bir qədər əvvəl Amerika Birləşmiş Ştatları prezidentiBarak Obamabildirmişdi ki, İranla əldə olunan razılaşma İranın nüvə bombası hazırlamasına imkan verməyəcək.
Sizin Reklam Yeriniz