Əlaqə Arxiv
news Image
2015.04.06
10:10
| A A A
BMT: "Yəməndə 549 nəfər ölüb"

Martın 19-dan Yəməndə 549 nəfər ölüb, onların 200-dən çoxu dinc sakinlərdir. Movqe.az xəbər verir ki, məlumatı TASS BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinə istinadən yayıb. Siyahıda Yəmənin paytaxtı Sənanın iki məscidindəki terror aktının qurbanları da yer alıb. Məlumata görə, daha 1707 nəfər yaralanıb. BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsi onu da bildirir ki, ölən və yaralananların sayı daha çox ola bilər. Çünki yaralıların hamısının tibbi xidmətə çıxışı yoxdur, ölənlər isə bir çox hallarda ailələri tərəfindən dərhal dəfn edilir. BMT Yəməndəki münaqişə tərəflərini mülki şəxslərin həlak olmasına imkan verməməyə, eləcə də, humanitar karvanların hərəkətini təmin etməyə çağırır.


Sizin Reklam Yeriniz