Əlaqə Arxiv
news Image
2015.04.06
10:15
| A A A
Fransada məscidlərin sayı iki dəfə artırıla bilər

Yaxın iki ildə Fransada məscidlərin sayının iki dəfə artırılması ideyası irəli sürülüb. Bu bəyanatla çıxış edən Fransa İslam Mədəniyyəti Şurasının rəhbəri, Parisin Böyük Məscidinin rektoru Dalil Bubakör bildirib ki, hazırda ölkədə 2200 məscid fəaliyyət göstərir. Bu, Fransada yaşayan yeddi milyon müsəlman üçün azlıq təşkil edir. Ona görə də, iki ildə onların sayını iki dəfə artırmaq lazımdır. Paris Böyük Məscidin rektoru bu fikirlərini Fransa paytaxtının yaxınlığındakı Burje şəhərində ənənəvi olaraq keçirilən Fransa İslam Təşkilatının konfransında səsləndirib. D. Bubakör Fransada namaz qılınan yerlərin kifayət etmədiyini , yarımçıq məscidlərin olduğunu, bəzilərinin isə tikintisinin başa çatdırılmadığını, bir çox meriyaların məscidlərin tikintisinə mane olduqlarını diqqətə çatdırıb.


Sizin Reklam Yeriniz