news Image
2015.04.06
09:35
| A A A
Müxalifət lideri zaminə buraxıldı
Banqladeş müxalifətinin lideri Xaleda Zia zaminə “buraxılıb”

Banqladeşdə antikorruspsiya məhkəməsi müxalifət lideri Xaleda Zianı son üç ayda ilk dəfə olaraq zaminə buraxıb.Movqe.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Banqladeş Milli Partiyasının (BNP) lideri xanım Zia xeyriyyə fondlarının mənimsənilməsində ittiham edilir.Müxalifət bildirir ki, ona qarşı itthamlar siyasi motivlidir.Təhlilçilər deyirlər ki, məhkəmənin qərarı Zia ilə baş nazir Şeyx Hasina arasındakı gərginliyi bir qədər azalda bilər.Xanım Zia iki korruspsiya işi ilə əlaqədar 650 min dollar xeyriyyə pulunu mənimsəməkdə ittiham olunur. Ona qarşı həmçinin zorakılığı qızışdırmaq ittihamı irəli sürülüb.

Müxalifət bildirir ki, Xaleda Ziaya qarşı ittihamlar onu iqamətgahında qapanmağa məcbur etmək məqsədi daşıyır, çünki hakimiyyət kütləvi etiraz aksiyalarından qorxur. İqtidar isə bildirir ki, Zia özünü könüllü şəkildə "ev dustağı" edib.

Qeyd edək ki, müxalifətin son etiraz aksiyaları zamanı 120 nəfər həlak olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs