news Image
2015.04.06
10:35
| A A A
Kiyev Donbası Putinə verir
Ukrayna və Rusiya liderlərinin gizli görüşündən şok açıqlama

İki ay öncə Minskdə Vladimir Putinlə görüşən Ukrayna lideri Pyotr Poroşenko Donbası Rusiyaya təklif edib. 

Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Rusiya lideri Vladimir Putin iş adamları ilə gizli görüşündə bildirib. Görüşün detalları "Forbes" tərəfindən bu gün dərc edilib. Görüşdə iştirak etmiş mənbələrdən birinin "Forbes"ə verdiyi məlumata görə, Putin Poroşenko ilə görüşünü belə təsvir edib: "O, (Poroşenko - red.) birbaşa mənə dedi: "Donbası götürün". Mən ona cavab verdim: "Sayıqlayırsan? Mənə Donbas lazım deyil. Əgər sizə də lazım deyilsə, onda müstəqilliyini elan edin"".Poroşenko isə Ukraynanın bu addımı ata bilməyəcəyini bildirib. Putin isə tələb edib ki, Ukrayna Donbasda bank sistemini bərpa eləməlidir, əhaliyə pensiya və müavinətləri ödəməlidir. Poroşenko Putinə Donbası maliyyə himayəsinə götürməyi təklif edib, Putin isə bunu qeyri-mümkün sayıb. Bildirib ki, hələ ki, Donbas Ukraynanın tərkib hissəsidir, buna görə də bütün ödənişləri Ukrayna eləməlidir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs