Əlaqə Arxiv
news Image
2015.04.06
13:10
| A A A
Maydan lideri Baş Qərargaha gətirildi
“Sağ Sektor” Partiyasının lideri, Donbasda döyüşən Ukrayna Könüllü Korpusunun rəhbəri (DUK), Ali Radanın deputatı Dmitri Yaroş Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri təyin edilib.

Movqe.az-ın  APA-ya istinadən verdiyi məlumata görə, Baş Qərargah rəisi Viktor Mujenko və Dmitri Yaroş arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub. Görüşdə DUK və ordu arasında birgə fəaliyyətin formatı da müəyyənləşdirilib. V. Mujenko vətənin təcavüzkardan müdafiəsi işinə könüllü batalyonların töhfəsini yüksək qiymətləndirdiklərini bildirib: "Ukrayna Könüllü Korpusunun üzvləri bir çox döyüşdə yüksək döyüş ruhu və motivasiya nümayiş etdiriblər. Onların təcrübəsi və bilikləri bütün Silahlı Qüvvələrin inkişafına xidmət edəcək. Biz həmçinin ordunun ehtiyat bölmələrinin inkişafının müxtəlif modellərini nəzərdən keçiririk". D. Yaroş isə könüllü korpusun ölkənin müdafiəsi ilə bağlı məsələlərdə ordu rəhbərliyinə tabe olmağa hazır olduğunu vurğulayıb. Xatırladaq ki, D. Yaroş bu ilin yanvarında Donetsk hava limanı uğrunda gedən döyüşlərdə yaralanıb və bu yaxınlarda xəstəxanadan çıxıb.

Sizin Reklam Yeriniz