Əlaqə Arxiv
news Image
2015.04.06
13:20
| A A A
Çexiya prezidenti Putinə görə qapılarını ABŞ səfiri üçün bağladı
Çexiya prezidenti Miloş Zeman ona Rusiyadakı Qələbə Paradına getməməyi məsləhət görən ABŞ səfirinə sərt etirazını bildirib.

Movqe.az-ın  RBK-ya istinadən verdiyi məlumata görə, M. Zeman öz iqamətgahının qapılarının bundan sonra səfir Endrü Şapiro üçün bağlı olacağını söyləyib. "Təsəvvür etmirəm ki, Çexiyanın Vaşinqtondakı səfiri Amerika prezidentinə hara getmək lazım olduğu barədə məsləhət versin. Mən heç bir səfirin mənim xarici səfər planlarıma müdaxilə etməsinə imkan vermərəm", - deyə M. Zeman söyləyib. Qeyd edək ki, ABŞ-ın Praqadakı səfiri Endrü Şapiro Çexiya prezidentinin Moskvadakı təntənəli tədbirlərdə iştirakının Qərbin Ukrayna ilə bağlı vahid mövqeyini sarsıdacağını bəyan edib. M. Zeman və Yunanıstanın baş naziri Aleksis Tsipras mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılacaq yeganə Qərb liderləri olacaq.

Sizin Reklam Yeriniz