Əlaqə Arxiv
news Image
2015.04.06
16:45
| A A A
Rusiya və Ermənistanın XİN başçıları Qarabağı müzakirə edəcək
Rusiya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparacaqlar.

Movqe.az-ın məlumatına görə, "Trend" xəbər verir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan aprelin 7-8-də Moskvaya rəsmi səfər edəcək. Rusiya XİN-in rəsmi saytında dərc olunan məlumata görə, səfər zamanı XİN başçıları iktərəfli əməkdaşlığa dair aktual məsələləri, beynəlxalq gündəlikdə olan məsələləri, xarici siyasətdə, o cümlədən BMT, ATƏT, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq tədbirlər çərçivəsində koordinasiya məsələlərini də müzakirə edəcəklər. Məlumatda qeyd olunur ki, "Moskva və İrəvan arasında əsas qlobal və regional mövzulara dair səmərəli əməkdaşlıq formalaşıb, əksər məsələlərdə mövqelər ya yaxındır, ya da üst-üstə düşür".

Sizin Reklam Yeriniz