news Image
2015.04.07
04:00
| A A A
Ermənistanda böyük qorxu
Azərbaycanın aldığı silahlar bu ölkədə getdikcə daha böyük narahatlıq predmetinə çevrilir

Ərazilərinin bir hissəsinin hələ də işğal altında qalması faktı ilə bağlı olaraq Azərbaycan Ordusunu gücləndirməsi, xaricdən, o cümlədən Rusiyadan hərbi texnika alması Ermənistanı getdikcə daha çox qorxuya salır. Artıq düşmən ölkədə açıq etiraf olunur ki, hərbi əməliyyatlar yenidən geniş miqyas alarsa, Ermənistan böyük itkilərlə üzləşəcək. İndinin özünə törətdiyi kiçik təxribatlar Ermənistana onsuz da baha başa gəlir və cari ilin ötən dövrü ərzində 70-dən yuxarı düşmən əsgərinin məhv edilməsi qeyd edilənlərin təsdiqidir.

Artıq Ermənistanda aydın dərk edilir ki, Azərbaycanla hərbi qarşıdurma onlara itkidən başqa heç nə qazandırmır. Bu vəziyyətdə Ermənistan üzləşdiyi itkilərə görə ölkə daxilində yaranan narazılıqdan qurtulmaq üçün diqqəti Azərbaycana silah satan ölkələrə, o cümlədən Rusiyaya yönəltməyə çalışır. Ermənisatn prezidenti Serj Sarkisyan açıq şəkildə bildirir ki, Ermənistan höküməti Rusiyanın Azərbaycana silah satmasından narahatdır: "Rusiyanın müxtəlif səbəblər əsasında Azərbaycana silah satması bizi narahat edir. Erməni əsgəri başa düşür ki, onu Rusiya silahı ilə öldürürlər". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın silahlanmasından narahat olduğunu bildirib. Nalbandyan Rusiyanın Azərbaycana silah satmasının da Ermənistanın ciddi narahatlığına səbəb olduğunu qeyd edib.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan da bildirir ki, Azərbaycana Rusiyanın silah satması Ermənistanı narahat edir: "Təkcə Rusiya deyil, istənilən ölkə tərəfindən Azərbaycana satılan silah, bizi narahat edir və biz bu istiqamətdə müvafiq iş aparırıq". "Avrasiya İttifaqının Ermənistanı təhlükəsiz etdimi?" sualına Ohanyan belə cavab verib: "Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması təhlükəsizlik məsələsini tam olaraq həll edə bilməz. Lakin daxil olmamaq və xüsusilə strateji müttəfiqimiz və təhlükəsizliyimizə zamin olan Rusiya ilə müvafiq əməkdaşlığa yiyələnməmək, məncə təhlükəsizliyimiz və gələcəyimiz barədə narahat olmamaq anlamına gəlir".

Lakin erməni analitik Aykazn Qaqriyan bildirir ki, Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına girməklə xoş gələcəkdən məhrum olub. Onun sözlərinə görə, müharibə olacağı təqdirdə Rusiya Ermənistanı müdafiə etməyəcək: "Ermənistan iqtisadiyyatının katastrofik vəziyyətdə olması Rusiya yönlü layihələrə qoşulması ilə bağlıdır. Çoxları təsdiq edir ki, Rusiyanın iqtisadi-maliyyə vəziyyətinin pisləşməsi ona qarşı yürüdülən beynəlxalq sanksiyalarla bağlıdır. Bunun digər ölkələrə təsiri ilə bağlı söylənilənlər isə demaqogiyadır. Ona görə ki, bu ölkələrin ən azından hansısa gələcəyi var. Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına girməklə bu gələcəkdən məhrum olub. Rusiyanın hazırkı vəziyyəti çox güman ki, bundan sonra uzun müddət davam edəcək. İndi isə təhlükəsizliklə bağlı əsas məsələlərə müraciət edək. İqtisadi vəziyyətlə bağlı arqument olmadığına görə, Rusiya yönlü dairələr təhlükəsizlik məsələsində hələ də "müqavimət" göstərirlər. Avrasiya İttifaqına üzvlükdən sonra Ermənistan və Qarabağın "sərhədləri"ndə situasiya kəskinləşib. Artıq qarşı tərəf yeni hərbi texnika və metodologiyadan istifadə edərək, yeni hərbi taktikaya keçib. Bu, Rusiya ilə Azərbaycanın hərbi-siyasi sferada sıx əməkdaşlığı nəticəsində mümkün olub. Ona həmçinin Ermənistanın Avrasiya İttifaqına üzvlüyü də şərait yaradıb. Bundan əlavə, Rusiya açıq şəkildə Azərbaycanla əməkdaşlığını dayandırmayacağı və müharibə olacağı təqdirdə müttəfiqini müdafiə etməyəcəyi ilə bağlı hərəkətlər edir. Bütün bunlara rəğmən, Rusiya yönlü dairələr hələ də rusların bizi qoruyacağı məsələsində təkid etməyə davam edirlər".

Bu vəziyyətdə Ermənistan üçün ən yaxşı çıxış yolu işğal edilmiş ərazilərdən silahlı qüvvələrini çıxarmasıdır. Əks halda işğalın davam etməsi cəbhə zonasında daha çox erməni sgərinin həyatına son qoyacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs