Əlaqə Arxiv
news Image
2012.08.18
08:40
| A A A
Ermənistandan hər cür hərəkətlər gözləmək olar
"Suriya ermənilərinin işğal olunmuş ərazilərə köçürülməsi Ermənistanın növbəti təxribatıdır"

Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi planı Ermənistanın növbəti təxribatlarından biridir. Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O vurğulayıb ki, Ermənistan işğalçı dövlətdir və bu fakt beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə də öz əksini tapır.

İbrahimqızı bildirib ki, təcavüzkar adını öz üzərinə götürmüş Ermənistandan hər cür hərəkətlər gözləmək olar.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan narkotik qaçaqmalçılığından tutmuş terrorçuların hazırlanması üçün yer kimi istifadə edir.

"Bu gün Suriyada yaşayan ermənilər də bilirlər ki, Ermənistanda əhali sürətlə azalır. Bu problem təkcə erməni gənclərin ölkəni tərk etməsi ilə bağlı deyil, həm də Ermənistanda doğumun ölümdən az olması ilə əlaqədardır. Bu mənada Ermənistanda ikiqat demoqrafik problem mövcuddur. Ona görə də həm Ermənistanı, həm də Dağlıq Qarabağı əhali tərk edir", - İbrahimqızı deyib. O bildirib ki, Ermənistan rəsmiləri demoqrafik problemi həll etmək üçün Suriya ermənilərini bu ərazilərə köçürməyə çalışırlar.

"Onlar bu yolla problemi ört-basdır etməyə cəhd göstərirlər. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı etirazlarını davam etdirməlidir, problemi beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətinə çatdırmalıyıq", - YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Sizin Reklam Yeriniz