news Image
2012.08.18
10:51
| A A A
Suriya vitse-prezidenti də müxalifətin tərəfinə keçdi
Əsədi tərk edən siyasətçilərin sayı durmadan artır

Suriyan vitse-prezidenti Faruk Şaraa ölkəni tərk edib. Lent.az-ın "lifenews"ə istinadən məlumatına görə, İordaniyaya qaçan siyasətçi müxalifətə qoşulduğunu bildirib.

Faruk Şaraa təxminən 10 gün əvvəl Dəməşqdən yoxa çıxıb. "Al-Arabiya" telekanalının məlumatına görə, o, postunu tərk edib və İordaniyaya gedib. Hələlik bu məlumat rəsmi mənbələr tərəfindən şərh edilmir.
"Suriya Azadlıq Ordusu"nun rəsmi nümayəndəsi Luey əl-Mikdad isə bəyan edib ki, vitse-prezident sui-qəsddən narahat olaraq Dəməşqi tərk edib: "O, paytaxtı bir qrup yüksək vəzifəli zabit və qohumları ilə bir yerdə tərk edib".
Əl-Mikdad siyasətçinin təhlükəsiz yerdə olduğunu da vurğulayıb. Bununla yanaşı, o, həmin yerin hansı ölkədə olduğunu açıqlamayıb.
Qeyd edək ki, avqustun 16-da vitse-prezidentin qardaşı oğlu Yuurab Şaraanın da İordaniyaya getdiyi məlum olub. Yuurab oradan Suriya ordusuna müraciət edərək xalqın tərəfinə keçməyə və Bəşər Əsəd rejiminə qarşı çıxış etməyə çağırıb.
Faruk Şaraa Suriyanın vitse-prezidenti postunu 2006-cı ildən tutur. Buna qədər isə 20 il ərzində Suriya xarici işlər naziri postunu tutub.
Qeyd edək ki, Faruk Şaraadan əvvəl vitse-prezident postunu tutan Abdel Həlim Haddam da 7 il əvvəl ölkədən qaçıb və hazırda Fransada yaşayır.