Əlaqə Arxiv
news Image
2012.08.18
20:15
| A A A
Nazirin avtomobili oğurluq çıxdı
Ölkədə hamı maliyyə nazirinin avtomobilini hardan və necə oğurlaması ilə maraqlanır

Şimali Kipr Türk Respublikasında (ŞKTR) nazirlərdən birinin avtomobili oğurluq avtomobil çıxıb. Bu barədə ictimaiyyətə ŞKTR keçmiş dövlət nümayəndəsi olan Kudret Özersay məlumat verib. Onun sözlərinə görə, hazırda ölkəsindəki maliyyə naziri oğurluq avtomobil sürür.

Qeyd edək ki, keçmiş dövlət rəsmisinin mövzu ilə bağlı çıxışı Şimali Kipr Türk Respublikasında böyük ajeotaja səbəb olub. Ölkədə hamı maliyyə naziri Ersin Tatarın avtomobilini hardan və necə oğurlaması ilə maraqlanır.
Baş verənlərdən sonra Kiprin Gömrük İdarəsinin rəhbəri Mustafa Çobanoğlu hadisəyə aydınlıq gətirib. O bildirib ki: "ŞKTR-in maliyyə naziri Ersin Tatarın ikinci iş avtomobili olaraq istifadə etdiyi MB 056 nömrəli avtomobil, 2001-ci ilin noyabr ayında Girne limanına bir ingiltərəli vətəndaş tərəfindən gətirilib. Avtomobil gətirildikdən 5 gün sonra ingiltərəli Cənub Kiprə keçib və geri qayıtmayıb. Bundan sonra avtomobil 3 ay gömrükdə qalıb. Daha sonra hərraca çıxarılıb və satıla bilməyib. Satış baş tutmayınca Dövlət Əmlak İdairəsinə təhvil verilib. Avtomobil lüks olduğu üçün maliyyə nazirinə ikinci iş avtomobili olaraq verilib."

Sizin Reklam Yeriniz