Avqustun 29-31-də İranda Qoşulmayanlar Hərəkatına üzv dövlətlərin 60-cı Zirvə toplantısının keçirilməsi planlaşdırılıb. Həmin yığıncaqda BMT-nin baş katibi Pan Gi Munun da iştirakı gözlənilir.
Lent.az-ın
"RİA-Novosti"-yə istinadən məlumatında bildirilib ki, baş katibin
təmsilçisi Martin Nesirkinin sözlərinə görə, İranın atom proqramı,
Suriya böhranı, terrorçuluqla bağlı beynəlxalq ictimaiyyətin
rahatsızlığını baş katib toplantı iştirakçılarının diqqətinə
çatdıracaq.
"Baş katibin orada iştirakı, İran hakimiyyətinə vəziyyətin
beynəlxalq ictimaiyyət adından açıq-aşkar çatdırması baxımından bu
səfər vaxtında və vacibdir. Baş katib BMT-nin üzvü kimi İranın da
başqa dövləti hədələyərək, zor tətbiqinin yolverilməz olduğunu
Tehranda da anladıqlarını xatırladacaq. Dünya İslam
Respublikasından atom-nüvə proqramı ilə bağlı konstruktiv addımlar
atacağını gözləyir. Bunu etməmək, bütün imkanları əldən vermək
deməkdir" - deyə, təmsilçi bildirib.
"Başqa dövlətlərə təhlükə yaratmaq" dedikdə, BMT Təhlükəsizlik
Şurası Yaxın Şərq üzrə baş katibinin siyasi məsələlərlə bağlı
müavini Cefri Feltmannın Suriyaya silah ötürməsində İran
hakimiyyətindən şübhələnilməsi ilə bağlı çıxışı, habelə İran
prezidenti Mahmud Əhmədinejadın "Fələstinə hərtərəfli yardım
edəcəyik" kimi bəyanatı nəzərdə tutulur.
ABŞ isə ümid edir ki, Pan Gi Mun və tədbirin başqa iştirakçıları
İranı beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edə
biləcək.
Qoşulmayanlar hərəkatı özünə 120 dövləti birləşdirir.