news Image
2012.08.27
10:18
| A A A
İran parlamentinin komissiya sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb
Suriyada səfərdə olan İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdinin başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Suriyadakı böhran və digər məsələlər əsas müzakirə mövzusu olub. Görüş haqda ətraflı məlumat verilməyib. Səfər çərçivəsində Ə. Burucerdi Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Lahhamla da görüşüb.