Əlaqə Arxiv
news Image
2012.08.28
18:35
| A A A
Səudiyyə Ərəbistanı da «əl-Qaidə»yə qarşı mübarizə aparır

Dünyanın ən böyük terror şəbəkələrindən sayılan "Əl-Qaidə"nin aparıcı fiqurları Səudiyyə Ərəbistanındandır. Bu ölkədə bin Ladənlərə məxsus iri ticarət şəbəkəsi hələ də mövcuddur. Bir neçə il öncə onların tikinti şirkətləri Səudiyyə Ərəbistanındakı Osmanlı dövründən qalma tarixi, mədəni abidələri də dağıdırdı.

Lent.az-ın "MIGnews"a istinadən məlumatında bildirilib ki, krallığın Daxili İşlər Nazirliyi bu terrorçu təşkilata məxsus iki "gizli şəbəkənin" dağıtdığını bəyan edib. 

Şəbəkələrdən biri paytaxt Ər-Riyadda, o biri isə Ciddədə aşkarlanıb. Səudiyyə Ərəbistanının rəsmi dövlət agentliyi "SPA"-nın məsələ ilə bağlı yaydığı xəbərdə deyilir: "Şübhəlilər ictimai müəssisələrə, xaricilərə, təhlükəsizlik qüvvələrinə basqın etmək üçün cinayətkar ünsürləri ələ almaqla məşğul olublar. İstintaq zamanı bəlli olub ki, Ər-Riyaddakı gizli şəbəkə daha dərinə gedərək, partlayıcı qurğuları işə salmaq ərəfəsində imiş".

Həbs olunanların 6-sı Yəmən, ikisi isə Səudiyyə Ərəbistanı vətəndaşıdır. Terrorçular hazırladıqları bombaları şəhərin məscidlərindən birində partlatmağı planlaşdırıbmış.

Sizin Reklam Yeriniz