Əlaqə Arxiv
news Image
2012.08.28
20:41
| A A A
Yaponiya-Çin münasibətləri kəskinləşir

Pekində Yaponiya səfirinin avtomobilinə hücum olub. Çinin Dyaoyuadao, Yaponiyanın Senkaku adlandırdığı adalar iki dövləti üz-üzə gətirib. Lent.az-ın "mignews.com" saytına istinadən verdiyi məlumata görə, artıq iki həftədir ki, Çinin şəhərlərində və əyalətlərində Yaponiya əleyhinə aksiyalar keçirilir, bu aksiyalar sonda yapon istehsalı olan məhsulların olduğu mağazaların, avtomobillərin talan edilməsi ilə başa çatır.

Vəziyyət Yaponiyanın bu adaya gedən 14 çinlini saxlamasından sonra gərginləşib. Çində keçirilən aksiyalarda Yaponiyanın adaya iddiasından imtina etməsi tələb olunur. Dünən isə Pekində çinlilər Yaponiya səfiri Uitiro Nivoyanın avtomobilinə hücum çəkiblər. Maşından Yaponiya bayrağı oğurlanıb. Səfir zərər çəkməyib.

Qeyd edək ki, Dyaoyuadao (Senkaku) adası Şərqi Çin dənizində yerləşir. Adaya Yaponiya və Çinlə bərabər Tayvan da iddia edir. Pekin adanın Yaponiya tərəfindən qanunsuz işğal edildiyini və ada üzərində suverenitetə malik olduğunu bəyan edir.

Sizin Reklam Yeriniz