news Image
2012.08.29
11:59
| A A A
İrana Elmar Məmmədyarov gedir

Doşulmama Hərəkatının Tehran sammitində Azərbaycanı Elmar Məmmədyarov təmsil edəcək. Qoşulmama Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Azərbaycan nümayəndə heyəti sammitə avqustun 30-31-də qatılacaq. "Bu, kifayət qədər yüksək səviyyəli nümayəndə heyətidir", - deyə E. Abdullayev bildirib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Qeyd edək ki, sammit çərçivəsində avqustun 28-29-da keçirilən xarici işlər nazirləri konfransında Azərbaycandan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs