Ərdoğan Azərbaycana gələcək
Bakıda
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
toplantısı keçiriləcək. Sentyabrın
11-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək. APA-nın
xəbərinə görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin mətbuat
xidmətindən bildirilib. Toplantıya Azərbaycan prezidenti İlham
Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik
edəcək.