Əlaqə Arxiv
news Image
2012.04.12
18:46
| A A A
Din adamları qılınc hədiyyə etdi
Suriyada "Ərəb Baharı"ndan sonra başlayan iğtişaşlar bir ildən artıqdır ki, davam edir. Bu gun bu zorakılığa son qoymaq üçün atəşkəs qüvvəyə minib. Ordu əməliyyatları dayandırdığı bir vaxtda, müxaliflər ölkə daxilində nümayiş çağırışı edib. Şamda din adamlarını qəbul edən Əsədə qılınc hədiyyə edilib.
Bu səhər saat 06.00-də qüvvəyə minən atəşkəs sonrasında silahların susduğu və ordunun əməliyyatlarına son verdiyini təsdiqləyən Suriyalı müxaliflər, ölkə daxilində nümayiş çağırışı edib. Suriyada son bir ildə şiddətli hadisələrin mərkəzi olaraq ön plana çıxan Humus, Hama, Dərə və İdlib kimi şəhərlərin sakit olduğu göstərilir.
Suriya ordusu əməliyyatlarını dayandırdığı vaxtda Bəşər Əsəd paytaxt Şamda din adamlarıyla görüşüb. Görüşdən sonra din adamları Suriya prezidenti Bəşər Əsədə bir qılınc hədiyyə ediblər.
Paytaxt Şamdan gələn xəbərlər də döyüşlərin dayanmasından xəbər verir. Suriyalı müxaliflər isə, xalqı Bəşər Əsəd rəhbərliyinə qarşı etiraz nümayişləri tənzimləməyə çağırıb. Müxaliflər, bu qərarın BMT və Ərəb Birliyi Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın atəşkəs planının bir parçası olduğunu açıqlayıblar.

OBAMA, MERKELLƏ GÖRÜŞDÜ
Qərbli ölkələr isə Suriya lideri Bəşər Əsədin "əməliyyatları dayandırma" və"Annan planını həyata keçirmə" vədinə təmkinli yaxınlaşırlar. ABŞ-ın paytaxtı Vaşinqtonda toplanan "G-8" ölkələri xarici işlər nazirlərinin gündəmində Suriya ilk sıranda durur. ABŞ Başçısı Barak Obama, dünən gecə Suriya mövzusunda Almaniya Baş naziri Angela Merkellə telefon danışığı aparıb.

ÇİN ATƏŞKƏSDƏN MƏMNUNDUR
Çin isə, Suriya hökumətinin qəbul etdiyi atəşkəs və bəzi şəhərlərdən silahlı qüvvələrin çəkilməsi qərarından məmnun olduğunu açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Veymin, bu son vəziyyətin Suriyada qarşıdurmanın azalmasına köməkçi olacağını söyləyib. Liu, bu qərarın "Suriya məsələsinin siyasi yollarla həll edilməsində əhəmiyyətli bir addım olduğunu" açıqlayıb.

Tural QABİLOĞLU
Sizin Reklam Yeriniz