news Image
2012.08.30
16:21
| A A A
Misir Suriyaya hərbi müdaxiləyə çağırdı

İranda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında çıxış edən Misir prezidenti Məhəmməd Mursi Suriyaya xarici müdaxilənin vacibliyindən danışıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Mursi bildirib ki, Suriyada ara verməyən qanlı hadisələr xarici müdaxilə olmadan dayanmayacaq. Misir prezidenti Suriyada baş verənlərdə Bəşər Əsədi günahkar sayıb.

Maraqlıdır ki, Mursinin çıxışı zamanı Suriya nümayəndə heyəti iclas zalını tərk edib.