Əlaqə Arxiv
news Image
2012.08.31
17:23
| A A A
BMT-nin baş katibi İranın xarici işlər naziri ilə görüşüb
İranda səfərdə olan BMT baş katibi Pan Gi Mun bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu olub. Ə. Salehi insan haqları mövzusunun siyasi təzyiq vasitəsi olduğunu deyərək İrana qarşı ikili standart yürüdüldüyünü bildirib: "ABŞ həbsxanalarında məhbus həyatı yaşayan iranlılar azadlığa buraxılmalıdır". Onun sözlərinə görə, Qərb ölkələrinin bütün təzyiq və sanksiyalarına baxmayaraq, İran uğurla inkişaf edir.
P. G. Mun isə öz növbəsində deyib ki, Qoşulmama Hərəkatına rəhbərlik İranın ictimai, siyasi və iqtisadi mövqeyini yüksəltmək üçün yaxşı fürsətdir, eyni zamanda rəsmi Tehranın beynəlxalq və regional fəaliyyətini daha da artıracaq. BMT baş katibi vurğulayıb ki, hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən faydalanmaq haqqı var: "Ümid edirəm ki, İranla "altılıq" ölkələri arasında keçiriləcək görüş müsbət nəticələnəcək".
Sizin Reklam Yeriniz