Əlaqə Arxiv
news Image
2012.09.01
20:29
| A A A
ABŞ Ramil Səfərovla bağlı Azərbaycandan izahat istəyib
“Detallı məlumat öyrənmək istəyirik”

Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun avqustun 31-də Azərbaycana qaytarılmasına və prezident İlham Əliyev tərəfindən imzalanan əfv fərmanı ilə azadlığa buraxılmasından sonra ABŞ Dövlət Departamenti "Azərbaycanlı əsgərin əfvi" başlıqlı press-reliz yayıb. APA-nın "Amerikanın Səsi"nə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin Mətbuatla Əlaqələr Ofisinin sözçüsünün müvəqqəti müavini Patrik Ventrel (Patrick Ventrell) tərəfindən yayılan açıqlamada deyilir: "Amerika Birləşmiş Ştatları Azərbaycan prezidenti İlham Əliyevin Macarıstandan ekstradisiya edilərək Bakıya qayıdan azərbaycanlı ordu zabiti Ramil Səfərovu əfv etməsi xəbərindən ciddi narahatlıq hiss keçirir. Cənab Səfərov 2004-cü ildə Budapeştdə keçirilən NATO treninqində erməni zabit Qurqen Marqaryanı qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilib.

Biz bu addımla əlaqədar olaraq Azərbaycana dərin narahatlığımızı çatdırır və izahat əldə etməyə çalışırıq. Biz habelə Macarıstan tərəfindən də cənab Səfərovun Azərbaycana ekstradisiyası qərarı barədə detallı məlumat öyrənmək istəyirik. Biz regional gərginliyi artıracaq bütün addımları pisləyirik".

Sizin Reklam Yeriniz